TƏLƏBLƏR

Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) “Memarlıq, şəhərsalma tarixi və bərpası” elmi nəzəri məcmuəsi 1998-ci ildə təsis olunub. İldə iki dəfə işıq üzü görür. Jurnalda memarlıq tarixi və nəzəriyyəsi, bərpa, şəhərsalma, landşaft memarlığı, memarlıq mühitinin dizaynı, sənətşünaslıq sahəsində respublikamızda və hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunur.
ŞÖBMA “Memarlıq, şəhərsalma tarixi və bərpası” elmi-nəzəri məcmuədə məqalələr azərbaycan, rus və ingilis dillərində çap olunur. Məqalənin əlyazmasını kompyuterdə Microsoft Word redaktorunda azərbaycan, rus və ingilis dillərində, Times New Roman şrifti ilə, 14 ölçüdə, 1,5-intervalla, A4 formatlı vərəqdə tərtib etmək lazımdır. Məqalənin həcmi 6 səhifədən az olmamalıdır. Səhifənin genişliyinə uyğunlaşdırma; köçürmələr avtomatikdir. Səhifə hüdudları:
sol - 2 sm; sağ - 2 sm; üst - 3 sm; alt - 1,5 sm.
Məqalənin başlanğıcında məqalənin UOT indeksi, müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi, elmi adı və dərəcəsi, e-mail ünvanı, daha sonra, məqalənin adı, məqalə hansı dildə yazılmışsa həmin dildə açar sözlər (5- 10 söz) verilməlidir. Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, nəticəsi aydın şəkildə verilməlidir. Cədvəllər bilavasitə mətnin daxilində yerləşdirilməlidir. Mətndə və ya cədvəldə olan məlumatların təkrarlanmasına yol verilməməlidir. Şəkillər və qrafiklər 8-10 sm ölçülərdən böyük olmamalıdır. Şəklin altında, cədvəlin isə üstündə onun nömrəsi və adı qeyd olunmalıdır. Məqalənin sonunda, biblioqrafiyadan sonra məqalənin xülasəsi verilməlidir:
• мəqalənin dili Azərbaycan dilindədir - ingilis və rus dillərində xülasə
• мəqalənin dili ingilis dilində - Azərbaycan və ingilis dillərində xülasə
• мəqalə dili rusca - ingilis və Azərbaycan dillərində xülasə
Və bu dillərdə açar sözlər. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi hazırlanmalıdır.
Məqalədə verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə, əvvəl azərbaycan, sonra rus, daha sonra xarici dildə nömrələnməlidir.

Ədəbiyyat siyahısı (kitab və jurnalların adları) aşağıdakı qaydada verilməlidir:

1. Müəllifin soyadı və inisialı. Kitabın adı. Cildin nömrəsi. Şəhər: nəşriyyat, nəşr ili, ümumi səhifələrin sayı;
2. Müəllifin soyadı və inisialı. Məqalənin adı // Jurnalın adı, nəşr ili, buraxılış nömrəsi, başlanğıc-son səhifələr.

Məqalənin quruluşu:

• Müəllifin adı, soyadı.
• İşlədiyi müəssisənin adı, vəzifəsi, elmi adı və elmi dərəcəsi, fəxri adı (və ya doktorant və ya dissertant olduğu təşkilatın adı, təhsilin forması),
• Müəllifin email ünvanı,
• Baş hərflərlə məqalənin adı
• Məqalənin UOT indeksi
• Məqalənin yazıldığı dildə qısa xülasəsi və açar sözlər (5-10),
• Məqalənin mətni
• İstinad olunmuş və ya istifadə edilən ədəbiyyat siyahısı
• Digər iki dildə məqalənin adı və müəllifin adı və soyadı göstərilməklə qısa xülasəsi və açar sözlər (5-10)

Məqalə aşağıdakı hissələrdən ibarət olmalıdır:

• Giriş
• Məsələnin qoyuluşu
• Məsələnin həlli
• Nəticə (elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair)
• Ədəbiyyat

Məqalənin redaksiyaya təqdim olunması:

• Məqalənin çap olunmuş əlyazması (1 nüsxədə) və onun elektron variantı Compakt Diskdə (CD və ya CD-RW) və məqalənin çap olnuması üçün müəssisə tərəfindən təsdiq olunmuş müvafiq sənədlərlə (məqaləyə 2 rəy və təşkilatın (kafedranın) iclas protokolundan çıxarış) birlikdə jurnalın məsul katibinə təqdim edilməlidir: E-mail: memar_s@mail.ru
• Ayrıca vərəqdə müəllif haqqında anket-məlumat əlavə olunmalıdır. Məlumatda müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi adı, müəssisənin adı, müəssisənin ünvanı, ev ünvanı, email ünvanı və telefon nömrəsi göstərilməlidir.
• Məqalə jurnalın İnternet səhifəsinə göndərilə bilər. http://ecia-academy.org
• Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər. • Məqalənin əlyazması və CD geri qaytarılmır.